Dünya futbolu

Zamiq Əliyev oynadı?

Albaniya Super Liqasında 25-ci turun oyunları keçirilib.

Aut.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” evdə “Dinamo” (Tirana) ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Əliyev bu matçda 90 dəqiqə meydanda olub.

“Eqnatiya” hazırda 46 xalla ikinci yerdədir.