Peşmandır, deyir, gərək ora getməyəydim
Ange Postekoğlu sentyabr ayında “Nottingem Forest” komandasına rəhbərlik etməyə başladı və cəmi səkkiz oyundan sonra vəzifəsindən azad edildi.
Aut.az xəbər verir ki, baş məşqçi etiraf edib ki, bu işi öz üzərinə götürməməli idi.
“Forest”lə bağlı bütün vəziyyət mənim günahımdır. Nə istədiyinizə diqqət yetirmək lazımdır. Oraya getmək pis bir qərar idi. Vaxtı və ya şəraiti günahlandırmağın mənası yoxdur. Sadəcə ora getməməli idim. Bu, “Tottenhem”dən sonra çox tez baş verdi. Bu, mənim səhvim idi.
İyirmi ildən çox müddət ərzində ilk dəfə idi ki, yayda işləməmişdim. Özümü çaşqın hiss edirdim. Mövsümlərarası fasilədə ağlım adətən işə – transferlərə, mövsümöncəsi oyunlara yönəlir. Amma bu dəfə boşluq hiss etdim”, – Postekoğlou “The Overlap”a verdiyi açıqlamada bildirib.
“Nottinqem Forest” bu yaxınlarda Vitor Pereyranı baş məşqçi təyin edib. Bu, 2025/26 mövsümündə dördüncü baş məşqçi təyinatıdır.
Aut.az
