İngiltərəDünya futbolu

O, Messi və Ronaldo ilə eyni səviyyədə idi: Terri kimi deyir?

“Çelsi”nin əfsanəvi müdafiəçisi Con Terri Eden Azarın London klubunda çıxışı zamanı göstərdiyi yüksək səviyyəni xatırladıb.

“Azar “Çelsi”nin ən istedadlı oyunçusu idi. O, meydanda sehr nümayiş etdirirdi, Messi və Ronaldo ilə eyni səviyyədə idi”, – deyə, “Give me Sport” Terrinin sözlərini sitat gətirib.

Azar 2023-cü ildə 32 yaşında peşəkar futboldan ayrılıb. Belçikalı hücumçu “Çelsi”nin heyətində 352 oyun keçirib. London klubunda çıxış edən futbolçu iki dəfə İngiltərə çempionu olub, iki dəfə Avropa Liqasının qalibi olub, hərəyə bir dəfə İngiltərə kuboku və İngiltərə Liqa kubokunun qalibi olub.

Aut.az