“Barsa”nın prezidenti Mbappenin hərəkəti haqda: Ləyaqətli olmaq lazımdır
“Barselona”nın prezidenti Joan Laporta İspaniya Superkubokunun finalında “Real Madrid”i 3-2 hesabı ilə məğlub etdikləri oyundan sonra Kilian Mbappenin davranışına reaksiya verib.
Aut.az xəbər verir ki, RAC1 Laportanın sözlərini sitat gətirib: “Mbappenin davranışı məni təəccübləndirdi. Həm qələbə, həm də məğlubiyyət zamanı ləyaqətli olmaq lazımdır. Bu idmandır, normal davranmaq lazımdır. Düşünürəm ki, qalib gələndə rəqibimizə hörmət göstərdik, ona görə də Mbappenin nə etdiyini başa düşmürəm”.
Daha əvvəl bildirilmişdi ki, Mbappe “Real Madrid” oyunçularının oyundan sonra “Barselona” üçün çempionluq dəhlizi yaratmasına mane olub.
“Barselona” tarixində 16-cı dəfə İspaniya Super Kubokunu qazandı ki, bu da turnir rekordudur. “Real Madrid” isə bu kuboku 13 dəfə qazanıb.
Aut.az
