İspaniyaİngiltərə

“Real” transfer bombası hazırlayır: Görün hədəfdə kimdir

 “Real Madrid” “Çelsi” klubunun ingilis yarımmüdafiəçisi Koul Palmerlə maraqlanır.

Aut.az xəbər verir ki, bu barədə İspaniyanın “Fichajes.net” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, “kral klubu” 22 yaşlı futbolçunun oyununu fəal şəkildə izləyir və onda gələcəkdə “qalaktikos”un lideri olmaq potensialını görür.

2024/25 mövsümündə Koul Palmer klub səviyyəsində 17 oyun keçirib, 11 qol vurub və 6 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 90 milyon avro qiymətləndirir.

Aut.az