İspaniya

Anası xəstəxanaya yerləşdirildi

İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Luis Rubialesin anası Anceles Behar səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilib.

Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Buna səbəb oğlunun ictimai qınağına etiraz olaraq özünü kilsəyə qapadaraq aclıq aksiyasına başlayan qadının səhhətinin pisləşməsidir. 72 yaşlı qadın ayaqlarının şişməsi və güclü yorğunluqla xəstəxanaya yerləşdirilib. O, aksiyanın üçüncü günündə bu vəziyyətlə üzləşib.

Behar qadınlarası dünya çempionatının mükafatlandırma mərasimində ispaniyalı futbolçu Cennifer Hermosonu öpdükdən sonra tənqidlərə məruz qalan oğlunu ictimai qınaqlardan qorumaq üçün aclıq aksiyası keçirirdi.