İspaniya

Mbappe ən yaxşı seçildi

İspaniya La Liqasında yanvar ayına yekun vurulub.

Aut.az xəbər verir ki, ayın ən yaxşı oyunçusu “Real”ın hücumçusu Kilian Mbappe olub. Kilian Mbappe 2025-ci ilin ilk ayında Madrid klubu üçün 3 oyunda 5 qol vurub. O, La Liqanın 22-ci turunun “Vilyarreal”la səfər matçında “Real” forması ilə ilk het-trikinə də imza atıb.

Səsvermənin nəticələrinə görə, Mbappe Dodi Lukebakio (Sevilya), Kike Qarsiya (Alaves), Uqo Duro (Valensiya) və Luis Miglianı (Xetafe) qabaqlayıb.

Komanda yoldaşı Cud Bellingem isə 23 yaşadək futbolçulardan ibarət ayın oyunçusu seçilib.

Aut.az