Alonso istədi, “Real” onu razı saldı
Yarımmüdafiəçisi Brahim Dias karyerasını “Real”da davam etdirəcək.
Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Bildirilir ki, futbolçu klubla 2027-ci ilə qədər yeni müqavilə barədə razılıq əldə edib. Danışıqlarda “Real”ın baş məşqçisi Xabi Alonso mühüm rol oynayıb. O, şəxsən oyunçu ilə görüşərək onun inkişafından razı qaldığını və tam dəstəyini ifadə edib. Bu isə Diasın qərarında həlledici amil olub.
Yüksək rəqabət və digər klublardan marağa baxmayaraq, yarımmüdafiəçi Madrid klubunda qalmaq və əsas heyət uğrunda mübarizə aparmaq niyyətindədir.
Qeyd edək ki, Brahim Dias 2019-cu ildə “Real”a qoşulub. Ötən mövsüm o, bütün turnirlərdə 52 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun əvvəlki müqaviləsi də 2027-ci ilin yayına qədər qüvvədə idi. “Transfermarkt” futbolçunu 40 milyon avro dəyərində qiymətləndirir.
Aut.az
