Basketbol

Camal “Neftçi”də

“Neftçi” klubu amerikalı basketbolçu ilə heyətini gücləndirib.

Aut.az xəbər verir ki, Camal Bey yeni mövsümdə “Neftçi”nin uğurları üçün çalışacaq. Onunla 1 illik müqavilə imzalanıb.

2001-ci il təvəllüdlü, 1.98 metr boya malik idmançı kollec karyerasını ABŞ-də “Washington Huskies” (NCAA) komandasında keçirib. O, son mövsümü isə NBA G Liqasında – Nyu-Yorkun “Westchester Knicks” klubunda çıxış etməklə başa vurub.