“Yuventus” məşhur brendlə müqavilə imzaladı
“Yuventus” Cyorcio Armani və onun şirkəti “Armani” ilə əməkdaşlıq barədə razılığa gəlib.
Aut.az xəbər verir ki ,brend futbolçular üçün futboldan kənar tədbirlərdə geyiniləcək geyim kolleksiyasını hazırlayacaq. Əməkdaşlıq 2027-ci ilə qədər davam edəcək.
Klubun mətbuat xidmətinin açıqlamasında bildirilir: “Cyorcio Armani ilk dəfə “Yuventus” üçün geyim kolleksiyası hazırlayacaq. İki italyan ikonu innovasiya və yaradıcılığı təbliğ etmək üçün birləşir.”
Aut.az
