Basketbol

Azərbaycan klubu yeni oyunçu ilə güclənib

Azərbaycanlı basketbolçu Rüstəm Əliyevin yeni klubu bəlli olub.

Aut.az xəbər verir ki, “Abşeron Lions” 30 yaşlı oyunçunu heyətinə cəlb edib.

Təcrübəli basketbolçu 2025/2026 mövsümündə komandanın formasını geyinəcək.

Qeyd edək ki, Rüstəm Əliyev daha əvvəl “Sabah” və “Ordu” klublarında çıxış edib.