Basketbol

Millimiz Niderlandla bacarmadı

Bu gün Honqkonqda 3×3 basketbol üzrə “Paris 2024” Olimpiadasına vəsiqə verən ilk təsnifat mərhələsinin növbəti qrup oyunları keçirilib.

Aut.az xəbər verir ki, 3×3 qadın millimiz B qrupunda sonuncu oyununu Niderlanda qarşı keçirib.

Qarşılaşma rəqibin 15:11 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da yığmamız qrupda ikinci yer kimi yarımfinala yüksəlib.

Turnirin qalibi Olimpiya Oyunlarına vəsiqə qazanacaq.