Basketbol

Buna görə hakimiyyəti tənqid etdi: Axmaqlıqdır

“Los Anceles Lekers”in əfsanəvi basketbolçusu Lebron Ceyms Las-Veqasda üç nəfərin ölümü ilə nəticələnən atışma haqqında danışıb.

Aut.az xəbər verir ki, o, ABŞ dövlətinin silahla bağlı qanunlarını sərt tənqid edib:

“Qardaşım mənə mesaj yazdı və Las-Veqasda atışma olduğunu eşitdiyi üçün diqqətli olmağımı söylədi. Bu, bizi Amerikadakı silahlar haqqında əvvəllər dediyim məsələyə qaytarır.

Kim necə və nə qədər istəyir silah alır. Nəticədə kampuslarda, məktəblərdə, ticarət mərkəzlərində və kinoteatrlarda günahsız insanları itirməyə davam edirik. Bu gülüncdür və bizim silaha nəzarət baxımından heç nəyi dəyişməməyimiz axmaqlıqdır”.