Klopp apreli nişan verdi
“Liverpul”un baş məşqçisi Yurgen Klopp bu mövsüm İngiltərə Premyer Liqasında çempionluq titulu uğrunda mübarizədən danışıb.
“Hazırda kimsə “Mançester Siti”ni yazırsa, yəqin ki, zarafat edir. Bunu etməyin mənası yoxdur. Üstəlik, “Arsenal” mübarizə aparır, onların da oxşar təcrübəsi var. “Aston Villa” inanılmazdır, “Yunayted” yaxındır. Ola bilər ki, bəzilərinin onlardan gözlədiyi futbolu oynamırlar, amma yenə də xal qazanırlar.
Nə qədər ki, bu mübarizənin içindəyiksə, situasiya məni qane edəcək. Ancaq hər şey çox çətin və streslidir və qarşıda hələ çox oyun var, gəlin bunun öhdəsindən gələk, sonra apreldə danışaq”, – Klopp “Liverpul”un rəsmi saytına açıqlamasında bildirib.
Bu mövsüm Premyer Liqanın 15 turundan sonra “Liverpul” lider “Arsenal”dan 2 xal geri qalaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Aut.az
