De Bruyne “Real”la oyunu bu səbəbdən buraxıb
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne səhhəti ilə əlaqədar Çempionlar Liqasının 1/4 final mərhələsinin “Real”la ilk oyununda (3:3) iştirak etməyib.
Aut.az “Daily Star”a istinadən xəbər verir ki, futbolçu oyunun başlamasına bir neçə saat qalmış oteldə qida zəhərlənməsindən əziyyət çəkib. Buna görə də “kral klubu” ilə görüşü həkimlərin qərarı ilə ehtiyatda keçirib.
“Mançester Siti” mümkün kütləvi zəhərlənmədən çox narahat olub. Lakin bu baş verməyib.
Qeyd edək ki, “Mançester Siti” ilə “Real” arasında cavab oyunu aprelin 17-də keçiriləcək.
Aut.az
