Dünya futboluİspaniya

FİFA “Barsa”nın ruslara qarşı iddiasını rədd etdi

Beynəlxalq Futbol Federasiyası (FİFA) “Barselona”nın Sankt-Peterburq “Zenit”indən braziliyalı futbolçu Malkolma görə bonus ödəməsini tələb edən iddiasını rədd edib.

Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Marselo Bey Sellares məlumat verib.

Bundan əvvəl “Barselona” 2022/2023 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinə yüksəldiyi üçün “Zenit”dən bonus olaraq 450 min avro tələb etmişdi. Bu, braziliyalı futbolçu Kataloniya klubundan Sankt-Peterburq düşərgəsinə keçən zaman müqavilədə qeyd olunub. Lakin “Zenit” Rusiya klublarına tətbiq edilən sanksiya bu turnirdə iştirak etməyib.

Xatırladaq ki, 2022/2023 mövsümünün sonunda Sankt-Peterburq komandası 30 oyundan sonra 65 xal toplayaraq Rusiya çempionatının qalibi olub.

Malkolm son transfer pəncərəsində “Zenit”dən Səudiyyənin “Əl-Hilal” klubuna keçib.

Aut.az