Vüsal İsgəndərli oynadı?
Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniya Superliqasında xal itkisinə üzülüb.
Aut.az xəbər verir ki, yarımmüdafiəçinin çıxış etdiyi “Partizani” doğma azarkeşləri önündə büdrəyib.
Sözügedən komanda 2-ci tur çərçivəsində “Teuta” ilə qarşılaşıb. Görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Vüsal da görüşün iştirakçıxı olub. O, meydana start heyətdə çıxıb və 70-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Partizani” hazırda 4 xalla çempionatın turnir cədvəlində 2-ci yerdədir.
