Digər

Nüfuzlu turnirdə gözlənilməz evlilik təklifi – VİDEO

ABŞ Açıq çempionatında tamaşaçı elə matç zamanı sevgilisinə evlilik təklifi edib.

Aut.az xəbər verir ki, bu, Arina Sobolenko (Belarus) – Leyla Fernandes (Kanada) matçında baş verib.

Fasilə zamanı bir kişi sevgilisinə evlilik təklifi edib. O, bu təklifi gözləmədiyi üçün şoka düşüb. Özünə gələndən sonra isə “hə” deyib.

“Təbrik edirik” rəsmi US Open hesabının açıqlamasında deyilir. Görüşün Sobolenkonun 6:3, 7:6 (7:2) hesablı qələbəsi ilə başa çatıb.

Aut.az