Dopinqə görə cəzalanan futbolçu maaşından imtina etdi
“Atletik Bilbao”nun müdafiəçisi Yeray Alvares dopinqə görə cəzalandığı üçün maaşından imtina edib.
Aut.az xəbər verir ki, o, bu barədə “Marca”ya məlumat verib.
Alvares kluba bildirib ki, futboldan kənar olduğu müddətdə maaş almayacaq.
“Klub mənim səhvlərimin əvəzini ödəməməlidir. Bunu etiraf edirəm və indi mənim vəzifəm komanda ilə məşqlərə qayıtmaqdır”, – ispaniyalı deyib.
Qeyd edək ki, diskvalifikasiya müddəti Yerayın cəzalandığı iyulun 10-dan hesablanacaq. O, 2026-cı il aprelin 10-dan sonra meydana çıxa biləcək.
2016-cı ildə müdafiəçiyə xaya xərçəngi diaqnozu qoyuldu və əməliyyatdan 46 gün sonra meydana qayıda bildi.
2017-ci ildə Erayın bədənində daha bir bədxassəli anomaliya aşkar edildi və bu səbəbdən o, kimyaterapiyadan keçmək məcburiyyətində qaldı.
Alvares uşaqlıqdan “Atletik”də oynayır, 2016-cı ildə əsas komandada debüt edib. Bu müddət ərzində 30 yaşlı futbolçu İspaniya kubokunu və Superkubokunu qazanıb.
Aut.az
