İspaniyaİngiltərə

Maradona, Platini… – Ançelottinin “Everton”unda çatmayan futbolçular

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti indiyə qədər gördüyü ən yaxşı futbolçularla bağlı sualı cavablandırıb.

“Fenomen olan Maradona ilə rastlaşdım. Bu, əlçatmaz səviyyədir. Mən onun rəqiblərdən aldığı yumruqlardan şikayət etdiyini eşitməmişəm. Əla oyunçu olan Platiniyə qarşı oynamışam, həm də Zidana qarşı.

Karyeram ərzində belə fenomenal idmançıların olmadığı “Everton”u çalışdırmışam. Futbol yüksək keyfiyyətli oyunçular tələb edir”, – Ancelotti italyan aktyoru Cakoma Porettinin podkastında deyib.

Ançelotti 2019-cu ilin dekabrından 2021-ci ilin iyununa kimi “Everton”un baş məşqçisi olub.

Aut.az