Ançelotti “Real”ın yeni baş məşqçisinin adını açıqladı
Mövsümün sonunda “Real”ın baş məşqçi postunu tərk edəcək Karlo Ançelotti sələfinin adını açıqlayıb.
Aut.az xəbər verir ki, Ançelotti yerinə gələcək çalışdırıcıya məsləhət verməyə hazır olub-olmadığı soruşulduqda belə cavab verib:
“Əsla məsləhət vermək istəmirəm, çünki hər kəsin futbola yanaşması fərqlidir. “Real”ı çalışdırmaq, bu, bir lütfdür. Xabi (red – Xabi Alonsonu nəzərdə tutur) bu klubu və komandamızı çalışdırmaq üçün lazım olan bütün keyfiyyətlərə sahib bir məşqçidir. Ona uğurlar arzulayıram. Ümid edirəm ki, bu işdən zövq alacaq”.
Aut.az
