İspaniya

Stadionu dəyişir, bura köçür

“Barselona” növbəti mövsümdən ev oyunlarını Olimpiya Stadionunda keçirəcək.

Aut.az xəbər verir ki, buna səbəb “Kamp Nou”da yenidənqurma işlərinin başlaması olacaq.

Kataloniyalılar artıq bu barədə İspaniya Futbol Federasiyasına məlumat verib. Federasiya da öz növbəsində UEFA-nı xəbərdar etməlidir.

“Barsa”nın 2024-cü ilin noyabrına qədər Olimpiya Stadionunda oynayacağı gözlənilir. Arenanın 55 926 azarkeş tutur.

Stadionu dəyişir, bura köçür

Aut.az