Prezident “Sevilya”nın borcunu açıqladı
“Sevilya”nın prezidenti Xose Mariya del Nido Karrasko sentyabrın 10-da Batista Mendi və Fabio Kardozonun təqdimatında klubun maliyyə vəziyyəti barədə danışıb.
Aut.az xəbər verir ki, o, Əndəlüs təmsilçisinin borclarının azaldığını bildirib:
“Klub un maliyyə vəziyyəti yaxşılaşır, xalis borcumuz 66 milyon avroya qədər azalıb. Yeddi oyunçu ayrıldı, beş futbolçu isə heyətə qoşuldu. Mən ictimai şəkildə üç oyunçuya – Cibril Sou, Adnan Yanuzay və Markoya hörmətimi bildirmək istəyirəm. Onlar yeni transferlərə şərait yaratmaq üçün müqavilələrində dəyişiklik etməyi qəbul etdilər. 1 sentyabr 2025-ci il tarixinə klubun borcu 66 milyon avrodur. Bu da bizə “Sevilya”nın maliyyə baxımından dayanıqlı olduğunu deməyə əsas verir”.
Prezident həmçinin xatırladıb ki, “Sevilya” ardıcıl iki mövsümdür avrokuboklarda iştirak etmir və bu da təbii olaraq maliyyə vəziyyətinə mənfi təsir göstərib.
Qeyd edək ki, 2 il əvvəl klubun xalis borcu 200 milyon avrodan çox idi.
Aut.az
