“Real” onu 100+ milyon avroya bu iki klubdan birinə satmağa hazırdır
“Real”ın 23 yaşlı vingeri Rodriqo Qoes Madrid klubunu tərk edə bilər.
Aut.az xəbər verir ki, “Elgoldigital”ın məlumatına görə, İngiltərə superklubları “Mançester Siti” və “Liverpul” braziliyalının transferinə 100 milyon avrodan çox sərmayə qoymağı planlaşdırır.
“Real Madrid” Rodriqonu toxunulmaz hesab etmir və onun klubdan getməsi ilə bağlı qərar verməyə hazırdır.
Rodriqo bu mövsüm “Real”ın heyətində 12 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Aut.az
