“Barselona” DÇ-2026-da tarix yazacaq: Əgər…
“Barselona” uzun müddətdir ki, yetişdirdiyi istedadla görə təriflənir və qarşıdan gələn Dünya Kuboku bunu tarixən sübut edə bilər.
Aut.az xəbər verir ki, 2022-ci ildə Qətər-də keçirilən mundialda 17 oyunçusunun iştirak etməsilə “Barsa” rekorda imza atmışdı. İndi DÇ-2026-da bu rekord qırıla bilər.
Son seçmə mərhələlər katalonların xeyrinə keçsə, “Barsa”nın 18 oyunçusu Dünya Çempionatına yollanacaq. Söhbət Polşa və Danimarka yığmalarından gedir. Bu yığmaların vəsiqə əldə etməsi ilə Levandovski və Kristensen DÇ-yə gedəcək.
İspaniya yığmasında “Barsa”nın 10 futbolçusunun olacağı gözlənilir – Kubarsi, Pedri, Olmo, Fermin, Ferran, Yamal, Joan Qarsiya, Qavi, Erik Qarsiya və Balde.
Onlara digər yığmalardan De Yonq, Reşford, Rafinya, Arauxo, Kunde və ter Stegen də qoşula bilər.
Belə çıxır ki, yeni dünya rekordu iki komandanın əlindədir. Polşa və Danimarka pley-off mərhələsini keçsələr, “Barsa” yenidən tarix yazacaq – 2022-ci ildəkindən daha möhtəşəm.
Aut.az
