Turun son oyunu təxirə salındı
İspaniya La Liqasının 26-cı turununun son matçı təxirə salınıb.
Aut.az xəbər verir ki, bu gün “Vilyarreal” “Espanyol”u qəbul etməli idi.
Qarşılaşma əlverişsiz hava şəraiti səbəbindən ertələnib. Oyunun nə vaxt keçiriləcəyi sonrakı günlərdə müəyyənləşəcək.
