İspaniya

4 illik müqavilə və fantastik imza bonusu: “Real” onun ağlığı çaşdırdı

“Real” “Liverpul”un sağ cinah müdafiəçisi Trent Alexander-Arnolda dörd illik müqavilə və təsirli imza bonusu təklif edib.

Aut.az xəbər verir ki, bu barədə “Athletic” məlumat yayıb.

Mənbənin sözlərinə görə, ingilis futbolçunun artıq “Kral klubu” ilə razılığa gəldiyinə dair məlumatlara baxmayaraq, “Liverpul” qeyd edir ki, hazırda Alexander-Arnold digər klubların heç biri ilə rəsmi danışıqlar aparmayıb.

Xatırladaq ki, Aleksandr-Arnoldun “Liverpul”la müqaviləsi gələn ilin yayında başa çatır. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 75 milyon avrodur.

Aut.az