“Neftçi”də “pul yumağa” hazırlıq başladı: Bir legioner getdi
“Neftçi” macarıstanlı futbolçusu Mark Tamaşla yollarını ayırıb.
Aut.az xəbər verir ki, bu barədə “Nemzeti Sport” nəşri məlumat yayıb.
31 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Tamaşla bir neçə klubun maraqlandığı bildirilir.
2023-cü ildə “ağ-qaralar”a keçən oyunçunun sözləşməsinin müddəti 2025-ci ilin yayında başa çatmalı idi.
Yəqin ki, Mark “Neftçi”dən ayrılan ilk futbolçu olmayacaq. Qarşıdan qış transfer pənəcərəsi gəlir. Xeyli futbolçu göndəriləcək və xeyli də futbolçu gələcək. Bu gediş-gəliş “pul yumaq” üçün əla vasitədir.
Aut.az
