İspaniya

18 yaşlı futbolçu itkin düşüb: anası deyir ki…

İspaniya üçüncü divizionunda mübarizə aparan “Kordoba”nın 18 yaşlı futbolçu Alvaro Prieto üç gün əvvəl itkin düşüb.

Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Bildirilir ki, Prieto sonuncu dəfə Kordobaya getmək üçün qatara minməyi planlaşdırdığı Sevilyadakı Santa Justa stansiyasında görünüb. Bundan sonra futbolçu ilə əlaqə itib.

Hüquq-mühafizə orqanları operativ şəkildə axtarış tədbirləri təşkil ediblər, lakin 18 yaşlı oyunçunun itkin düşməsindən sonra heç bir kameraya düşməməsi onların işini çətinləşdirir. Prietonu ən son görənlərin dəmiryol vağzalı işçiləri olduğu vurğulanır. Onlar yeraltı tuneldən keçərək relsin üzərinə çıxmaq istəyən futbolçudan stansiyanı tərk etməsini istəyiblər.

Futbolçunun anası oğlunun qaçırıla biləcəyini güman edir.

Aut.az