İspaniya

Bellingem əməliyyat olundu

“Real”ın yarımmüdafiəçisi Cud Bellingem çiyin əməliyyatı keçirib.

Aut.az xəbər verir ki, gu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

Futbolçuya sol çiyində çıxığın təkrarı diaqnozu qoyulub. Daha əvvəl ESPN britaniyalı oyunçunun 10-12 həftə yaşıl meydanlardan uzaq qalacağını bildirmişdi.

2024/25 mövsümündə Bellingem “Real”ın heyətində 58 oyuna çıxıb, 15 qol vurub və 15 məhsuldar ötürmə edib. 22 yaşlı yarımmüdafiəçinin Madrid klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Aut.az