İspaniyaİngiltərə

“Liverpul” da “Real”ın ulduzu uğrunda mübarizəyə qoşuldu

“Liverpul” “Real Madrid”in və Braziliya millisinin futbolçusu Rodriqo Qoeslə maraqlanır.

Aut.az xəbər verir ki, bu barədə Santi Auna məlumat yayıb.

Bildirilir ki, İngiltərə çempionu tezliklə cinah oyunçusu uğrunda mübarizə aparan klubların sırasına qoşulacaq. “Liverpul”un baş məşqçisi Arne Slot şəxsən Rodriqonu bəyənir. Daha əvvəl braziliyalı ilə PSJ-nin də maraqlandığı bildirilirdi .

Rodriqonun “Real”a müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub, onun transfer dəyəri 90 milyon avrodur. Ötən mövsüm 24 yaşlı braziliyalı bütün turnirlərdə “Real”ın heyətində 54 matçda 14 qol vurub və 11 məhsuldar ötürmə edib.

Aut.az