Mourinyo” “hə” dedi, “Real” onu alır
“Real Madrid”ə təyin olunmağa yaxın olan Joze Mourinyo klubdan ayrılan Daniel Karvaxalın əvəzedicisi kimi nəzərdən keçirilən “İnter”in sağ cinah müdafiəçisi Denzel Damfrisin transferinə “hə” deyib.
Aut.az xəbər verir ki, bu barədə “Defensa Central” məlumat yayıb.
Mənbənin məlumatına görə, niderlandlı futbolçunun müqaviləsində 25 milyon avroluq sərbəst qalma bəndi var. Portuqaliyalı mütəxəssisin “Los Blancos”un transferlərində söz sahibi olacağı vurğulanır.
Bu mövsüm Damfris bütün yarışlarda 28 oyunda meydana çıxıb, beş qol vurub və iki məhsuldar ötürmə edib. Onun müqaviləsi 2028-ci ilin yayına qədərdir.
“Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 25 milyon avrodur.
Aut.az
