İtaliya

“Yuventus”un dərdi bu imiş – Əfsanə açıqladı

“Yuventus”un əfsanəsi Alessandro Del Pyero hesab edir ki, baş məşqçi İqor Tudorun əvəzlənməsi də bu mövsüm turinlilərə İtaliya çempionluğunu qazanmağa kömək etməyəcək.

Aut.az xəbər verir ki, keçmiş futbolçunun “Yuve”nin “Latsio”ya məğlubiyyətindən sonra dediklərini insaydert Nikola Şira sitat gətirib:

“Yuventusun məşqçi problemi yoxdur, lakin problem daha mürəkkəbdir: komanda birləşmir. Onların 11 start oyunçusu hələ yoxdur. Çünki onların bir çoxu stabil oyun tempini saxlaya bilmir. Tudorun yerinə başqa məşqçi olsa belə, “Yuventus” çempion ola bilməyəcək”.

Xatırladaq ki, Tudor ötən mövsüm Tiaqo Mottanı əvəzləmişdi və müqavilənin uzadılmasının şərtlərindən biri Çempionlar Liqasına vəsiqə idi.

A Seriyasında “Yuventus” səkkiz oyundan sonra 12 xalla səkkizinci pillədə qərarlaşıb. Çempionlar Liqasında Turin nəhəngi 3 oyunda 2 dəfə heç-heçə edib, 1 dəfə uduzaraq 25-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, Turin komandası 2009-cu ilin may ayından bəri ilk dəfə bütün yarışlarda keçirdiyi 8 oyunun heç birində qalib gələ bilməyib.

Aut.az