Morata təsdiqlədi: Bu kluba gedir
“Atletiko”nun hücumçusu və İspaniya millisi ilə Avropa çempionu olan Alvaro Morata “Milan”ın futbolçusu olacağını təsdiqləyib.
Aut.az xəbər verir ki, 31 yaşlı forvard bu barədə AS nəşrinə bildirib.
“Mən “Milan”a gedirəm? Bəli. Amma hələ tibbi müayinədən keçməliyəm”, – Morata bildirib.31 yaşlı forvard AS və COPE-yə bildirib.
Daha əvvəl Moratanın Milan klubu ilə müqaviləsinin 2027/28 mövsümünün sonuna qədər davam edəcəyi və transfer məbləğinin 13 milyon avro olacağı bildirilirdi.
2023/24 mövsümündə Morata “Atletiko”nun heyətində bütün yarışlarda 48 matçda 21 qol vurub və 5 məhsuldar ötürmə verib.
Aut.az
