ÇL: “Qarabağ”ın rəqibi bəlli oldu
Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab görüşləri keçirilir.
Aut.az xəbər verir ki, “Qarabağ”ın potensial rəqibləri olan Cəbəllütariqin “Linkoln” komandası Malta “Hamrun”unu qəbul edib.
“Linkoln” ilk görüşdə səfərdə 1:0 hesabı ilə qalib gəlsə də, cavab qarşılaşmasında eyni hesabla məğlub olub. Meydan sahibləri 5-ci dəqiqədə azlıqda qalıblar.
Əlavə vaxtda da hesab dəyişməyib. Penalti seriyasında isə meydan sahibləri üstün olublar. Beləliklə, “Qarabağ” ÇL-in ikinci təsnifat mərhələsində “Linkoln”la qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan çempionu ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək. Cavab oyunu iyulun 30-da Bakıda baş tutacaq.
Aut.az
