Görün ərəblər “Real”ın futbolçusunun “saqqızını oğurlamağı” kimə tapşırıblar
“Əl-Nəsr” “Real Madrid”in futbolçusu Naçonu transfer etməkdə israrlıdır.
Aut.az xəbər verir ki, Səudiyyə klubunun idman direktoru Fernando Yerro transfer üçün danışıqlar aparmağa çalışacaq.
“Relevo”ya görə, Naço ilə müqavilə imzalamaq Yerronun prioritetlərindən biridir, o, artıq 34 yaşlı futbolçuya zəng edərək onu Səudiyyə Ərəbistanı çempionatına qatılmağa razı salmağa çalışıb.
Qeyd olunur ki, Yerro ona MLS-də bir futbolçunun ala biləcəyindən çox böyük məbləğ vəd edir.
Ötən mövsüm Naço La Liqada 29 oyun keçirib.
Aut.az
