“Barselona” “Real”ın yetirməsinə möhtac qaldı
“Barselona” London “Tottenhem”inin sol cinah müdafiəçisi Serxio Reqilonla maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə İspaniyanın “Fichajes.net” nəşri məlumat yayıb.
Mənbəyə görə, “Barsa” 27 yaşlı futbolçunu İngiltərə Premyer Liqasından gələn cazibədar təkliflər səbəbindən klubu tərk edəcəyi gözlənilər gənc Aleks Baldeyə əvəzləyici kimi görür.
Maraqlıdır ki, Serxio Reqilon “Barselona”nın əzəli rəqibi “Real Madrid”in yetirməsidir və 2000-2020-ci illərdə “kral klubu”nun sistemində olub.
2023/24 mövsümünün ikinci yarısında Serxio Reqilon icarə əsasında “Brentford” forması ilə 16 meydana çıxıb, 4 məhsuldar ötürmə edib. Transfermarkt portalı İspaniya millisinin sabiq futbolçusunun dəyərini 12 milyon avro qiymətləndirir.
Aut.az
