İspaniyaİtaliya

“Barselona” gürcü futbolçu ilə əlaqəyə keçdi

“Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya karyerasını İspaniyada davam etdirə bilər.

Aut.az xəbər verir ki, 23 yaşlı futbolçu ilə “Barselona” maraqlanır. Kataloniyalılar artıq gürcü yarımmüdafiəçi ilə əlaqə saxlayıb. Bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Xviça Kvaratsxeliya 2022-ci ilin iyulundan “Napoli”də çıxış edir. Bu mövsüm yarımmüdafiəçi 14 matçda iştirak edib, 5 qol vurub və 2 məhsuldar ötürmə verib. Kvaranın Neapol klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi qüvvədədir. Gürcü futbolçunun bazar dəyiri 80 milyon avro olaraq qiymətləndirilir.

Aut.az