Dünya futbolu

“Qarabağ”ın rəqibinin 4 futbolçusu Xorvatiya millisinə çağırıldı

Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Dinamo”nun futbolçuları milli komandaya dəvət alıb.

Aut.az xəbər verir ki, Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç Zaqreb təmsilçisinin 4 futbolçusuna dəvət göndərib. Bunlar Bruno Petkoviç, Martin Baturina, Petar Suçiç və Marko Pyatsadır.

Xorvatiya seçməsi UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də səfərdə Portuqaliya, 3 gün sonra isə evdə Polşa ilə qarşılaşacaq.

Qeyd edək ki, “Qarabağ” “Dinamo” ilə ilk oyunu sabah səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü isə 28 avqust tarixində Bakıda baş tutacaq.