Klubda müəmmalı durumla üzləşdi: İtaliya nəhəngləri hərəkət keçdi
“Bornmut”un mərkəz müdafiəçisi Lloyd Kelli İtaliya nəhənglərinin diqqətini çəkib.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Bildirilir ki, “Milan” və “Yuventus” Kellini transfer etmək niyyətdindədirlər.
Milan klubu artıq 25 yaşlı futbolçunu transfer etmək üçün cəhd göstərib. “Yuventus” isə mümkün şərtləri yenicə öyrənir.
“Transfermarkt” portalı futbolçunun dəyərini 18 milyon avro qiymətləndirir.
Lloydun “Bornmut”la müqaviləsi 2024-cü ilin yayına qədərdir və yenilənməyəcəyi güman olunur.
Bu mövsüm Lloyd Kelli “Bornmut”un heyətində cəmi 7 oyun keçirib. O, naməlum səbəblərdən bir neçə dəfə komandanın iştirak ərizəsinə salınmayıb.
Aut.az
