İngiltərə

Atası təsdiqlədi: “Liverpul”la anlaşıb

Miloş Kerkezin atası oğlunun “Liverpul”a transferinin demək olar ki, tamamlandığını açıqlayıb.

Daha əvvəl macar müdafiəçinin 45 milyon avroya “Bornmut” transfer olunacağı bildirilmişdi.

Aut.az xəbər verir ki, Futbolçunun atası Sebastian Kerkez bu barədə İngiltərə mətbuatına danışıb.

“Bizim üçün yalnız “Liverpul” var , digər klublarla dialoq aparmırıq. Müqavilənin şərtləri razılaşdırılıb, sadəcə bəzi detalları həll etməliyik – sövdələşmə demək olar ki, hazırdır.

Riçard Hyuz (“Liverpul”un idman direktoru) onu o vaxt “Bornmut”a gətirmişdi. Hindistana gedin desəydi, Hindistana gedərdik”, – Sebastian deyib.

Ötən mövsüm 21 yaşlı Kerkez Premyer Liqada 38 matça çıxıb, 2 qol vurub, 5 məhsuldar ötürmə edib.

Aut.az