İngiltərə

Reşford bu şirkətlə anlaşdı: MY-dən ayrılmaq üçün

“Mançester Yunayted”in hücumçusu Markus Reşford İngiltərə klubunu tərk etmək variantlarını araşdırmaq üçün səylərini artırıb.

Aut.az “The Sun”a istinadən xəbər verir ki, o, ayında gəlirli bir razılaşma əldə etmək ümidi ilə aparıcı idman agentliyi “Stellar” ilə danışıqlar aparır.

Nəşrin yazdığına görə, Reşford bununla da “Mançester Yunayted”lə müqaviləsinin ləğvi üzərində işləmək üçün daha çox qüvvə cəlb etməyə çalışır. Markusu danışıqlarda qardaşı Duane Maynard təmsil etməyə davam edir.

Qeyd edək ki, “Stellar” futbolun ən böyük transferlərindən biri olan 2013-cü ildə Qaret Beylin “Tottenhem”dən “Real”a keçməsini asanlaşdırması ilə tanınır.

Aut.az