İspaniya

Yamal krala hörmətsizlikdə ittiham olunur – FOTO

“Barselona”nın 17 yaşlı cinah oyunçusu Lamin Yamal “Real”la İspaniya kubokunun final oyunundan (3:2 və s.) sonra mükafatlandırma mərasimində iştirak edən İspaniya kralı VI Felipeyə hörmətsizlik etməkdə günahlandırılıb .

Aut.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri İpaniya kralı Yamalla salamlaşan zamanı 17 yaşlı futbolçunun başında iki günəş eynəyi və əynində tərs geyinilmiş köynək olmasından narazı qalıblar.

“Barselona”nın vingerinin VI Felipe ilə görüşərkən qeyri-rəsmi jestini də azarkeşlər bəyənməyib.

Yamal krala hörmətsizlikdə ittiham olunur – FOTO

Aut.az