İspaniya

Mbappe Ronaldonu ötdü: Tarixə düşmək üçün 4 qol qaldı

Killian Mbappe “Real”da debüt mövsümündə 21-ci əsrdə vurduğu qolların sayına görə rekordçu olub.

Aut.az xəbər verir ki, o, buna İspaniya kubokunun “Barselona” ilə final matçında (2:3) fərqlənməklə nail olub.

Bu, fransalı forvardın mövsümdə bütün yarışlarda 34-cü qol olub. O, klubun əfsanəsi Kriştiano Ronaldonu və sabiq hücumçusu Ruu van Nistelroyu geridə qoyub.

Lakin ümumilikdə klubun rekordçusu “Real”da debüt mövsümündə bütün yarışlarda 37 qol vuran İvan Zamoranodur.

37 – İvan Zamorano (1992/93)
34 – Kilian Mbappe (2024/25)
33 – Cristiano Ronaldo (2009/10)
33 – Ruud van Nistelroy (2006/07)

Aut.az