İspaniya

Mbappe Ronaldo ola biləcək? – Ançelotti deyir ki..

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının pley-off mərhələsinin “Mançester Siti” ilə cavab oyununda (3:1) het-trik edən hücumçu Kilian Mbappenin çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, italyan mütəxəssis ona ünvanlanan “Mbappe Kriştiano Ronaldonu nəticələrinə çata biləcəkmi” sualına belə cavab verib:

“Mbappenin bir çox müsbət keyfiyyətləri var və o, Kriştiano ilə müqayisə edilə bilər, bəli. Amma Kriştiano barı çox yüksək qoyub. Mbappe Madriddə yeni başlayır, o, həvəslə doludur. Amma onun Kriştiano səviyyəsinə çatması asan olmayacaq, çox çalışmalıdır”.

Qeyd edək ki, “Real” iki oyunun cəmində “Siti”yə qalib gələrək Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Aut.az