İspaniya

“Real”da yeni müqavilə

“Real” ukraynalı qapıçı Andrey Luninlə müqavilənin müddətini uzadıb.

Aut.az xəbər xəbər verir ki, ueni sözləşmənin müddəti 2030-cu ilin yayına qədərdir. Bu barədə klub məlumat yayıb.

Lunin Madrid klubuna 2018-ci ildə, 19 yaşında olarkən transfer olunub. 2020-ci ildən əsas komandada çıxış edir. Bu illər ərzində Andrey klubla 10 kubok qazanıb.

Ukraynalının əvvəlki müqaviləsinin müddəti 2025-ci ilin yayında idi.

Aut.az