“Real”ın oyunundakı qalmaqalın şərhi: Tarixin ən pis epizodu
İspaniyalı sabiq referi Eduardo İturralde Qonzales La Liqanın “Real” – “Valensiya” matçında (2:2) hakim qalmaqalı haqda danışıb.
Aut.az xəbər verir ki, İturralde bu olayı futboltarixinin ən pis epizodlarından biri kimi dəyərləndirib.
“Ən yaxşı” hakimin yerinə yetirdiyi dəhşətli iş. O, yeddi dəqiqə əlavə edir və Karvaxala VAR nəzərdən keçirildiyi üçün daha bir dəqiqə əlavə edəcəyini söyləyir. Künc zərbəsi 98:13-cü dəqiqədə verilir və bu andan anlaşılmaz qərarlar zənciri başlayır.
Əgər bir dəqiqə əlavə etmisinizsə, künc zərbəsinin oynanmasına icazə verməməlisiniz. İcazə veribsinizsə, qapıya zərbə vurmağa da icazə verməlidir.
“Valensiya”nın qapıçısı topu vurur və topu cərimə meydançasından kənara çıxarır. Bu zaman oyun dayandırılmalıdır. Lakin hakim bunu etmir və topu Dias qəbul edib Bellinqemə ötürmə edir. Bu anda hakim fit çalır, Bellinqem isə qol vurur. Bu, futbolun ən pis epizodlarından biridir”, – deyə keçmiş hakimdən “Cadena Ser” sitat gətirib.
Xatırladaq ki, görüş hakim qalmaqalı ilə başa çatıb. Matçın sonunda sonuncu hücum zamanı “Real” qol vursa da, baş hakim son zərbədən əvvəl fit çalıb və qolu saymayıb.
Aut.az
