“Real”da əmindirlər: Mourinyo bu “üçlük”lə dil tapacaq
“Real Madrid” rəhbərliyi yeni baş məşqçi Joze Mourinyonun “ulduz üçlük”lə işləməkdə heç bir ciddi problem yaşamayacağına inanır.
Aut.az xəbər verir ki, “Marca”nın məlumatına görə, rəhbərlərinin fikrincə, “xüsusi” Kilian Mbappe, Vinisius Junior və Cud Bellinqemi sisteminə inteqrasiya edə biləcək ki, bu da onların birlikdə effektiv işləməsinə və komandaya töhfə verməsinə imkan verəcək.
Əvvəlki məşqçilərin nəinki hər üç oyunçunu tarazlığı pozmadan meydanda yerləşdirməyin yolunu tapa, həm də ulduz oyunçuların paltardəyişmə otağındakı eqolarını idarə edə bilməyiblər ki, bu da komandanın atmosferinə ciddi təsir göstərib.
Joze Mourinyo 13 il sonra “Real Madrid”ə qayıdıb.
Aut.az
