Dörd komanda “Yuventus”un qapısını döydü – Kimi istəyirlər?
“Yuventus” hücumçu Luis Openda üçün dörd klubdan transfer təklifi alıb.
Aut.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Mənbənin məlumatına görə, söhbət Liqa 1-in “Lans”, “Lion” və “Renn” komandalarından əlavə, İngiltərə Premyer Liqasından “Koventri Siti”dən gedir.
Ötən mövsüm Luis Openda bütün turnirlərdə 37 oyun keçirib və 2 qol vurub. “Transfermarkt”a görə, onun bazar dəyəri 25 milyon avrodur. Belçikalı futbolçu əvvəllər “RB Leypsiq”, “Lans”, “Vitess” və “Brügge” kimi klublarda oynayıb.
Aut.az
