“Real”dan nə qədər maaş tələb edir? – Fantastik məbləğ
PSJ-nin hücumçusu Kilian Mbappe onu transfer etmək istəyən “Real”a maliyyə tələblərini göndərib.
Aut.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Mənbənin sözlərinə görə, forvard “kral klubu”nun hazırkı liderlərinin məvacibindən iki dəfə çox qazanmaq istəyir. Hazırda “Real”da ən yüksək maaş 17-20 milyon avrodur.
Qeyd olunur ki, Mbappenin transferində baş məşqçi Karlo Ançelottidən tutmuş Madrid klubunun futbolçularına qədər hamı maraqlıdır. Komandanın indiki liderlərindən Vinisius Junior sosial şəbəkələrdə fransalı futbolçu ilə mütəmadi olaraq yazışır.
